"Şerif"in qapıçısı: "Bizi çətin iki oyun gözləyir" - AÇIQLAMA

18:50 22 İyul 2017

"Qarabağ"ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi olan Moldovanın "Şerif" klubunun qapıçısı Zvonimir Mikuliç qarşıdakı oyunlar öncəsi açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, 27 yaşlı qolkiper çətin keçən Albaniyanın "Kukesi" klubu ilə səfər matçından sonra "Qarabağ"la oyuna köklənməli olduqlarını bildirib:

 

"Hər iki qarşılaşma ağır keçdi. Mərhələni əzmkar komanda şəklində adladıq. Həm ölkə çempionatında, həm də Çempionlar Liqasında oyunlarımız var. Bu qrafik artıq bizim üçün adiləşib. Hər şeyi unutmalı və "Qarabağ"la oyuna köklənməliyik. Bizi çətin iki oyun gözləyir".

 

Qeyd edək ki, "Qarabağ"la "Şerif" arasında ilk oyun iyulun 25-i Bakıda, saat 21:00-da keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti