UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"la Moldovanın "Şerif" klubu arasında keçiriləcək ilk oyuna bilet satışı davam edir.
Sportarena.az xəbər verir ki, ilk iki gündə artıq 10 min bilet satılıb. Məlumatı Ağdam klubunun mətbuat xidməti yayıb.
Qeyd edək ki, azarkeşlər biletləri Tofiq Bəhramov adına Respublika stadionun kassalarından əldə edə bilərlər.
Əlavə edək ki, "Qarabağ" – “Şerif" matçı iyulun 25-də keçiriləcək və saat 21:00-da start götürəcək.