Dadaşov dubl etdi, oyun yarımçıq dayandırıldı

14:27 23 İyul 2017

Almaniyanın "Dinamo" (Berlin) klubu yeni mövsümə hazırlıq çərçivəsində növbəti yoxlama matçını keçirib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Rüfət Dadaşovun şərəfini qoruduğu sözügedən kollektiv yerli "Herta" (Zelendorf) ilə qarşılaşıb. Lakin bu qarşılaşma hesab 6:0 futbolçumuzun komandasının xeyrinə olarkən dayandırılıb. Belə ki, matç zamanı yaranan güclü fırtına səbəbindən hakim qarşılaşmanı 65-ci dəqiqədə saxlayıb.

 

Dadaşov bu görüşə start heyətdə başlayıb. Komandasının 6 qolundan ikisini məhz Rüfət vurub - 32 və 44-cü dəqiqələrdə.


Digər xəbərlər

Xəbər xətti