“Real”ın futbolçusu Danilonun yeni klubu məlum olub.
Sportarena.az xəbər verir ki, braziliyalı müdafiəçi karyerasını “Mançester Siti”də davam etdirəcək. 26 yaşlı futbolçu İngiltərə klubu ilə 5 illik müqavilə imzalayıb. Onun keçidi “şəhərlilər”ə 35 milyon avroya başa gəlib.
Danilo “Real”a 2015-ci ildə “Portu”dan 31,5 milyon avroya transfer edilmişdi. O, “kral klubu”nun heyətində 41 oyun keçirib, 3 qol vurub.