Bu gün "Qəbələ" Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyununu keçirəcəyi Yunanıstana yollanıb.
Sportarena.az xəbər verir ki, komanda Afinadakı otellərdən birində məskunlaşıb. Roman Qriqorçukun komandası yunanlarla matçın hazırlığına iyulun 21-də Varşavada başlayıb. Həmin gün Belostokdan paytaxta yollanan komanda hazırlıq prosesində toplu və topsuz çalışmaları yerinə yetirib.
"Qırmızı-qaralar” iyulun 27-də “Panatinaikos”a qarşı keçiriləcək oyunun hazırlıqlarını son 4 gündə Afinada davam etdirəcək.