Futbol üzrə İsveç çempionatında 16-cı turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin komandası - "Kalmar" da növbəti matçına çıxıb. Sözügedən klub doğma meydanda "Eskilstuna" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:0. Start heyətdə meydana çıxan Emin yenə sonadək oynayıb.
Qeyd edək ki, geridə qalan turlarda 11 xal toplayan "Kalmar" hazırda 16 komanda arasında 14-cü pillədədi.