UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"la Moldovanın "Şerif" klubu arasında keçiriləcək ilk oyuna bilet satışı davam edir.
Sportarena.az xəbər verir ki, geridə qalan 3 gündə artıq 13 min bilet satılıb. Məlumatı Ağdam klubunun mətbuat xidməti yayıb.
Qeyd edək ki, azarkeşlər biletləri Tofiq Bəhramov adına Respublika stadionun kassalarından əldə edə bilərlər.
Əlavə edək ki, "Qarabağ" - “Şerif" matçı iyulun 25-də keçiriləcək və saat 21:00-da start götürəcək.