Almaniyanın "Ersgebirge" klubu 2-ci Bundesliqanın yeni mövsümünə hazırlığını davam etdirir.
Sportarena.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu kollektiv Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində bu gün növbəti yoxlama matçına çıxıb. Aue təmsilçisi Türkiyənin "Antalyaspor" klubu ilə qarşılaşıb. Oyunda qalib müəyyənləşməyib - 1:1.
Nazarov da bu qarşılaşmanın iştirakçısı olub. Start heyətdə meydana çıxan Nazarov 75-ci dəqiqədə əvəzlənib.