"Çelsi"nin yeni kapitanı müəyyənləşib.
Sportarena.az xəbər verir ki, yeni mövsümdən "zadəganlar"ı meydana Qari Kehill çıxaracaq. Bu barədə komandanın baş məşqçisi Antonio Konte məlumat verib:
"Fikrimcə, biz doğru seçim etdik. Kehill meydana çıxacaqsa, kapitanlıq sarğısı da onda olmalıdı. Bunun üçün onda bütün keyfiyyətlər mövcuddu".
Xatırladaq ki, "Çelsi"ni əvvəlki mövsümlərdə Con Terri kapitan kimi meydana çıxarırdı. Lakin o, bu yay 1998-ci ildən şərəfini qoruduğu London klubunu tərk edərək "Aston Villa"ya üz tutdu.
Qeyd edək ki, Kehill isə 2012-ci ildən "Çelsi"nin formasını geyinir.