"Arsenal"ın və Almaniya millisinin futbolçusu Məsut Özil və Türkiyə gözəli Amine Gülşe toya hazırlaşırlar.
Sportarena.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük artıq məkan və zaman müzakirələrini bitirmək üzrədir. Hətta Amine toyda geyinəcəyi gəlinlik üçün modelyer Raşit Bağzıbağlıyla da görüşərək hazırlıqlara başlayıb.
Qeyd edək ki, Məsut bir müddət əvvəl min ədəd qırmızı gül və 200 min lirəlik üzüklə Amineyə evlilik təklifi edərək "hə" cavabı almışdı.