UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda sabah “Qarabağ”ın qonağı olacaq Moldova “Şerif”inin kapitanı Mateo Suşiç oyunöncəsi mətbuat konfransında iştirak edib.
Sportarena.az xəbər verir ki, bosniyalı futbolçu rəqibin əsasən əks-hücumlarda təhlükəli olduğunu deyib:
“Birinci dəfədi Bakıdayam. Bura çox gözəl şəhərdi. İstərdim ki, sabah yaxşı nəticə əldə edək. “Qarabağ” komanda olaraq yaxşı təsir bağışlayır. Rəqib xüsusilə, əks-hücumlarda daha təhlükəli olur”.