UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"la Moldovanın "Şerif" klubu arasında keçiriləcək ilk oyuna bilet satışı davam edir.
Sportarena.az xəbər verir ki, geridə qalan 4 gündə satılan biletlərin sayı artıq 17 minə çatıb. Məlumatı Ağdam klubunun mətbuat xidməti yayıb.
Qeyd edək ki, azarkeşlər biletləri Tofiq Bəhramov adına Respublika stadionun kassalarından əldə edə bilərlər.