Bu yay Avropanın transfer bazarında ən fəal klublardan biri son Fransa çempionu "Monako"du.
Sportarena.az xəbər verir ki, geridə qalan mövsümdə sürpriz performansı ilə dünya futbolunun diqqət mərkəzinə düşən "knyazlıq" təmsilçisi mövsümlərarası fasilədə təkcə satdığı futbolçulardan 174 milyon avro qazanıb.
Əvəzində heyətinə 4 yeni oyunçu cəlb edən fransızlar onlara görə 49 milyon avro xərcləyib. Nəticə etibarilə bu komandanın təmiz qazancı isə 125 milyon avrodu.
"Monako"nun bu yay satdığı futbolçular bunlardı:
Korenten Jan - "Tuluza" (3,5 milyon avro)
Nabil Dirar - "Fənərbaxça" (4,5 milyon avro)
Abdu Diallo - "Maynts" (5 milyon avro)
Valer Jermen - "Olimpik" Marsel - (8 milyon avro)
Tyemue Bakayoko - "Çelsi" (45 milyon avro)
Bernardo Silva - "Mançester Siti" (50 milyon avro)
Benjamin Mendi - "Mançester Siti" - (58 milyon avro)
Son Fransa çempionu bütövlükdə 174 milyonluq gəlir götürdüyü bu 7 oyunçunun satışından sonra onların boşluğunu doldurmaq üçün cəmi 4 futbolçu transfer edib ki, onlara da 49 milyon avro ödəyib:
Yuri Tilemans - "Anderlext"dən (25 milyon avro)
Terens Konqolo - "Feyenoord"dan (13 milyon avro)
Sualiho Meyte - "Sulte Varegem" (8 milyon avro)
Jordi Mbula - "Barselona"dan (3 milyon avro)