Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində hazırda Moldoviyanın "Şerif" klubunu qəbul edən "Qarabağ" ciddi itki ilə üzləşib..
Sportarena.az xəbər verir ki, Ağdam klubunun müdafiəçisi Yakup Jezniçak matçın 22-ci dəqiqəsində zədələnərək meydanı tərk etməli olub. Onun əvəzinə meydana Elvin Yunuszadə daxil olub.