Roberto Bordin: "İkinci hissədə hücum edə bilməzdik"

23:36 25 İyul 2017

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda səfərdə “Qarabağ”la qolsuz bərabərə qalan “Şerif”in baş məşqçisi Roberto Bordin oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, italyan mütəxəssis öncə oyunla bağlı fikirlərini bildirib:

 

- Çox şətin oyun oldu. Birinci hissədə yaxşı oynadıq. İkinci hissə isə bizim üçün daha çətin keçdi. Öz qapımızı daha çox qorumalı olduq. Dünən də çətin oyun olacağını demişdim. Rəqibin yaxşı hücumçuları var. Azarkeşlərin təzyiqi də bizim işimizi çətinləşdirdi. Buna baxmayaraq, daha yaxşı oynaya bilərdik.

 

- Bu oyunla “Şerif” nəyə ümid edir?
- “Qarabağ” topla çox yaxşı rəftar edir. Rəqib cinahlardan hücum edirdi. Buna görə, cinahları bağlamışdıq. Səfərdə oynadığımızından, oyunumuzu əks-hücum üzərində qurmuşduq. İlk hissədə oyunumuz alındı. İkinci hissədə isə daha çətin oldu.

 

- “Şerif”in “Qarabağ”ın qapısına bir zərbəsini də görmədik...
- Yəqin siz oyunu yaxşı izləməmisiz. Sizin üçün də çətin anlar yaşandı. İkinci hissədə hücum edə bilməzdik. Çünki rəqibin cinahlardan hücumları artmışdı. Buna görə, müdafiə olunmağa məcbur olduq.

 

- Komandanızdan tam razı qalmadığınızı dediz. Konkret nədən narazı qaldız?
- Bunu deyəndə, əks-hücumları nəzərdə tuturdum. Əks-hücum zamanı irəli xətdəki hücumçumuz tək qalmışdı. Ona cinahlardan kömək olsaydı, daha yaxşı olardı. Bunun səbəbini bilirəm. Bu çatışmazlığı aradan qaldıramağa çalışacağıq.


Digər xəbərlər

Xəbər xətti