"Müsbət nəticə qazanmaq mümkündü" - Almeyda - AÇIQLAMA

10:14 26 İyul 2017

"Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeyda UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Moldova "Şerif"inə qarşı Bakıda keçirdikləri ilk oyundan (0:0) sonra fikirlərini bölüşüb.

 

Sportarena.az xəbər verir ki, milli komandamızın da şərəfini qoruyan futbolçu bunları söyləyib:

 

"Əlimizdən gələni etdik. Futboldu, hər şey baş verir. Bu rəqiblə səfərdə də oyunumuz var. Hazırlaşıb müsbət nəticə qazanmaq mümkündü. Əslində, rəqibdən belə oyun gözləyirdik. “Şerif” iki taktika ilə oynayır: beşli müdafiə və 4-1-4-1 düzülüşü ilə. Hansı sistemlə oynayacaqlarını bilmirdik. Həftə ərzində hazırlaşdıq. Məşqçilərimiz rəqib haqda məlumatlar vermişdilər. Cavab oyununa daha ciddi hazırlaşacağıq. Cavab matçında nəyə ümid etmək olar? Bu, 90 dəqiqədən sonra bilinəcək. Hansı komanda daha güclü olsa, sevinən tərəf olacaq. Rəqibə hörmət etmək lazımdı. Əlimizdən gələni edəcəyik".


Digər xəbərlər

Xəbər xətti