Azərbaycanın xalı artdı, amma...

10:50 26 İyul 2017

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ötən gecə baş tutan ilk oyunları Azərbaycanın UEFA reytinqindəki mövqeyinə ciddi təsir göstərməyib.

 

Sportarena.az xəbər verir ki, ölkəmiz bu siyahıda əvvəlki mövqeyində qalıb. Ötən gün Azərbaycanın avrokuboklardakı təmsilçilərindən "Qarabağ" növbəti oyununu keçirdi. Doğma meydanda Moldova "Şerif"i ilə qarşılaşan Ağdam klubu qolsuz bərabərliyə razılaşdı. Bu heç-heçə ölkəmizin xal ehtiyatının yaxşılaşmasına səbəb oldu. "Qarabağ" Azərbaycanın reytinqinə əlavə 0,125 xal yazdırdı.

 

Hazırda UEFA reytinqində 55 ölkə arasında 22-ci pillədəyik. Azərbaycanın hesabında 17.125 reytinq xalı var. Onun 2.375 xalı (0.750 "İnter", 0.625 "Zirə", 0.625 "Qarabağ", 0.375 "Qəbələ"nin payına düşür) cari mövsümdə qazanılıb.

 

Onu da əlavə edək ki, klublarımızın təsnifat mərhələsindəki istənilən qələbəsi Azərbaycana 0.250 reytinq xalı qazandırır. Heç-heçə isə 0.125 xal verir. Qrup mərhələsində heç-heçə 0.250, qələbə 0.500 xalla qiymətləndirilir.


Digər xəbərlər

Xəbər xətti