Qara Qarayev: "Qol imkanlarından yararlana bilmədik"

11:56 26 İyul 2017

"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Moldova "Şerif"inə qarşı Bakıda keçirdikləri ilk oyundan (0:0) sonra jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, o, öncə bunları söyləyib:

 

- Qeyri-adi nəsə başa verdiyini düşünmürəm. “Şerif” yaxşı rəqibdi. Müdafiə olunmağı da gözəl bacardılar. Çox istəyirdik ki, qalib gələk. Amma qol imkanlarından yararlana bilmədik. Yaxşı oynamağımızın bariz nümunəsi də budu ki, rəqib qapımıza qol vurmadı və təhlükəli epizod da yarada bilmədi. Fikrimcə, yaxşı çıxış etdik. Mərhələni keçmək haqda danışmaq bir qədər tez olardı. Burada 1 qol vursaydıq, səfərdə rahat olardıq.

 

- Rəşad Sadıqovun yeri görünürdü?
- Sözsüz, Rəşadın yeri hər zaman görünür. Onun dəstəyi, təcrübəsi hamımıza faydalıdı. Bu da oyuna təsir edir.

 

- Şanssızlıq var idi?
- İlk dəqiqələrdə ardıcıl epizodlar boşa verdik. Özüm də inana bilmirəm ki, Donaldın baş zərbəsi necə qapıya girmədi. Böyük dəsətk altında çıxış etdik. Azarkeşlərə təşəkkür edirəm.

 

- Cavab matçı haqda nə düşünürsən?
- Çox adam bizi aşkar favorit sayırdı. Futbolçular da düşünürdü ki, “Şerif” asan tikə deyil. Rəqib yaxşı oynadı. Amma bu o demək deyil ki, artıq əlimizi-qolumuzu bağlayacağıq. Səfərə yaxşı nəticə əldə etmək üçün gedəcəyik.


Digər xəbərlər

Xəbər xətti