Jezniçak: "Ümid edirəm ki, zədəm ciddi deyil"

12:54 26 İyul 2017

 

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Şerif”lə ev oyununun (0:0) gedişində zədələnərək əvəzlənən Yakub Jezniçak hazırkı durumuna aydınlıq gətirib.

 

Sportarena.az xəbər verir ki, polşalı müdafiəçi şəxsi “facebook” səhifəsində qapıçı İbrahim Şehiçlə toqquşduğunu vurğulayıb. Jezniçak zədəsinin ciddi olmadığını düşünür:

 

“Hesab 0:0 oldu. Ancaq əsas odu ki, qapımızda qol görmədik. Təəssüf ki, qapıçı ilə toqquşmadan sonra zədələndim və 24-cü dəqiqədə meydanı tərk etməli oldum. Bunu heç istəməzdim. Ancaq futbolda belə hallar baş verir. Ümid edirəm ki, zədəm ciddi deyil. İndi bütün düşüncəmiz gələn həftə uğurlu çıxış edib, növbəti mərhələyə adlamaqdı. Özümüzə inanırıq”.


Digər xəbərlər

Xəbər xətti