Badibanqa: "Reynaldo mənə demişdi"

14:16 26 İyul 2017

"Qarabağ" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində doğma meydanda Moldovanın "Şerif" klubunu qəbul edib.
 
Sportarena.az xəbər verir ki, 0-0 hesablı bərabərliklə başa çatan matçdan sonra Tiraspol təmsilçisinin futbolçusu Ziquy Badibanqa jurnalistlərin suallarını cavablandırıb:

 

- Əks-hücumlarda oynadıq. Yaxşı təsir bağışladıq. Bizim çox şansımız olmadı. Qapıçımız Zvonimir Mikoliç yaxşı təsir bağışladı. Cavab matçı üçün yaxşı nəticədir.
 
- Bu matçda daha çox müdafiəyə fikir verdiniz. Beşli müdafiə ilə çıxış etdiniz. Tiraspoldakı qarşılaşmada açıq, yoxsa qapalı futbol oynayacaqsınız?
- Bu taktika ilə uduzmadıq. “Qarabağ” yaxşı komandadır. Rəqibimizə qarşı yəqin cavab matçında da bu taktika ilə oynayarıq.
 
- Azarkeşlərin yaratdığı atmosfer barədə nə deyərdiniz?
- Çox yaxşı idi, fantastik!
 
- Belə bir şey sürpriz olmadı?
- Mənim “Anderlext”də birgə çıxış etdiyim Reynaldo “Qarabağ”ın sabiq futbolçusu olub. O, mənim dostumdur. İki həftə əvvəl “facebook”da yazdım və o, mənə azarkeşlərin möhtəşəm olduğunu demişdi.
 
- “Qarabağ”ın oyunları haqda nəsə demədi?
- Oyun sirri barədə heç bir söhbətimiz olmadı. O, ancaq azarkeşlərdən və möhtəşəm atmosferdən bəhs etdi.
 
- Cavab matçında kim şanslıdır?
- Bilirik ki, çətin olacaq. Əgər istədiyimiz kimi oynasaq, inanıram ki, biz qalib gələcəyik.


Digər xəbərlər

Xəbər xətti