"Qarabağ"ın uğurlu seriyası davam edir

14:35 26 İyul 2017

Dünən UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin ilk matçları keçirildi.

 

Sportarena.az xəbər verir ki, təmsilçimiz “Qarabağ” evdə Moldova “Şerif”inin müqavimətini qıra bilmədi – 0:0. Bununla da ağdamlılar sözügedən turnirdə ardıcıl 8-ci matçında da meydanı məğlubiyyətsiz tərk etdi. Qurban Qurbanovun yetirmələri sonuncu dəfə adıçəkilən yarışda 2015-ci ildə Şotlandiyada “Seltik”ə 0:1 hesabı ilə məğlub olub.

 

Ümumiyytlə, tiraspollularla görüş “Qarabağ”ın tarixində 15-ci ÇL matçı oldu. “Atlılar” bu oyunların 7-də qalib gəlib, 6-da heç-heçə edib, 2-də isə məğlub  olublar. Topların fərqi təmsilçimizin lehinədi - 18:6.

 

Görüş klublarımızın Moldova təmsilçilərinə qarşı 13-cü avrokubok qarşılaşması oldu. Bu oyunlarda tərəflər hərəyə 3 qələbə qazanıb, 7 matçda isə sülh qeydə alınıb. Elə topların fərqində də bərabərlik var - 14:14.


Digər xəbərlər

Xəbər xətti