Qadın futbolçulardan ibarət Azərbaycan və Qazaxıstan milli komandaları arasında bu gün keçiriləcək yoldaşlıq oyununu idarə edəcək hakimlər müəyyənləşib.
Sportarena.az xəbər verir ki, saat 19:00-da, "Dalğa Arena"da keçiriləcək görüşün baş hakimi Yuliya Qurbanova olacaq.
Ona Lamiyə Sadıqova və Aybəniz Əsgərzadə kömək edəcək. Dördüncü hakim funksiyasını Sədaqət Vəliyeva yerinə yetirəcək.