“Qarabağ”ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi “Şerif”in mətbuat xidməti təmsilçimizin hansı şəhəri təmsil etdiyini bilmir.
Sportarena.az xəbər verir ki, klubun rəsmi “facebook” səhifəsində oyun barədə yazarkən, işğal altında olan Ağdam şəhərini təmsil edən komanda barədə “Bakı klubu” ifadəsi işlədilib.
Xatırladaq ki, “Şerif”lə “Qarabağ” arasında Bakıda baş tutmuş ilk oyun qolsuz bərabərliklə nəticələnib. Bu komandalar arasında cavab oyunu avqustun 1-də, Tiraspol şəhərində keçiriləcək.