Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Fənərbaxça” (Türkiyə) - “Şturm” (Avstriya) oyununun hakim-inspektoru azərbaycanlı olacaq.
Sportarena.az xəbər verir ki, UEFA sözügedən qarşılaşmaya hakim-inspektor kimi Asim Xudiyevi təyin edib.
“Fənərbaxça” - “Şturm” matçı avqustun 3-də İstanbulda keçiriləcək.