Türkiyə millisinin əfsanəsi geri qayıdır?

11:06 27 İyul 2017

Türkiyə millisinin baş məşqçisi Fatih Terimin istefa verdiyi barədə məlumat vermişdik.

 

Sportarena.az xəbər verir ki, yığmanın boş qalan baş məşqçi postuna hələlik bir namizəd var. Türkiyə mətbuatının məlumatına görə, federasiya rəhbərliyi seçmə mərhələnin sonuna qədər "ay-ulduzları" hazırda "Beşiktaş"da çalışan Şenol Günəşə həvalə etmək istəyir. Bunun üçün həm "ağ-qaralar"la, həm də mütəxəssislə danışıqlara başlanıb.

 

Bununla belə, Şenol Günəşin bu təklif qarşısında çətin durumda qalıb. "Beşiktaş"ın Çempionlar Liqasının qrupunda oynaması mütəxəsisin beynini qarışdırıb.

 

Qeyd edək ki, 65 yaşlı mütəxəssis 2000-2004-cü lllərdə yığmaya rəhbərlik edib. Onun rəhbərliyi altında milli komanda 2002-ci ildə keçirilən Dünya Çempionatının 3-cüsü olub. Bu, hələ ki Türkiyə millisinin ən böyük uğurudur.


Digər xəbərlər

Xəbər xətti