Slovakiyanın "Jilina" klubu yoxlama oyununda qüvvəsini sınayıb.
Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin şərəfini qoruduğu sözügedən kollektiv futbolçumuzun sabiq klubu - Türkiyə "Trabzonspor"u ilə qarşılaşıb. 7 qolun vurulduğu matç Slovakiya çempionunun məğlubiyyəti ilə başa çatıb - 3:4.
Ramil fasilədən sonra meydana çıxıb və müqavilə ilə məxsus olduğu kluba qarşı 45 dəqiqə oynayıb.
Qeyd edək ki, Şeydayev müqavilə ilə məhz "Trabzonspor"a məxsusdu. O, "Jilina"da icarə əsasında oynayır.