Rusiya 1-ci divizionunda 4-cü turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Samir Məsimovun formasını geyindiyi "Fakel" də növbəti matçına çıxıb. Voronej təmsilçisi evdə “Tümen”i qəbul edib. “Fakel” bu oyundan qalib ayrılıb - 1:0.
Yeganə qolu qarşılaşmanın 51-ci dəqiqəsində Nika Çikapelia vurub. Samir bu görüşün iştirakçısı olmayıb. O, matçı ehtiyat oyunçular skamyasından izləyib.
"Fakel" 4 turdan sonra 5 xalla 20 klub arasında 12-ci pillədə qərarlaşıb