"Milan" Bonuççini sifariş edə bilmir - Maliyyə problemi var

16:20 27 İyul 2017

İtaliyanın “Milan” klubunda maliyyə problemi yaşanır.

 

Sportarena.az xəbər verir ki, bu səbəbdən də klub yeni transferlərini avqustun 11-nə qədər sifariş edə bilməyəcək. Konkret olaraq, İtaliya nəhəngi Leonardo Bonuççi ilə Lukas Bilin transfer haqqını ödəyə bilməyib.

 

“Milan”ın baş direktoru Marko Fasone məlumatı təsdiqləyib. Buna görə də, Bonuççi ilə Bili Avropa Liqasının 3-cü təsnifat mərhələsində Rumıniyanın “Universitatiya” klubu ilə 27 iyul və 3 avqustda keçiriləcək oyunlarda meydana çıxa bilməyəcək.

 

“Milan” Bonuççiyə görə “Yuventus”a 42, Biliyə görə isə “Latsio”ya 17 milyon avro ödəməlidi.


Digər xəbərlər

Xəbər xətti