Ayaz Quliyev: "Məni Azərbaycan millisinə çağırırlar" - AÇIQLAMA

17:24 27 İyul 2017

Rusiyanın "Anji" klubunda çıxış edən azərbaycanlı futbolçu Ayaz Quliyev Rusiya mətbuatına müsahibə verib.

 

Sportarena.az xəbər verir ki, Rusiyanın U-17, U-19 və U-21 yığmalarında çıxış etmiş 20 yaşlı yarımmüdafiəçi Azərbaycan yığmasında oynamaq barəsində danışıb. Quliyevin hazırda "Anji"nin heyətində Premyer Liqa matçlarına kökləndiyini bildirib:

 

"Azərbaycan millisində oynamaq üçün məni bir neçə dəfə dəvət ediblər. Hətta indi də çağırırlar. Mən hələ heç bir söz demirəm. İndi əsas fikrim "Anji"də daha çox oynamaqdır. Premyer Liqada oynayaraq inkişaf etmək istəyirəm. Daha sonra nələrin baş verəcəyini görəcəyik".

 

Qeyd edək ki, Ayaz müqavilə Moskvanın "Spartak" klubuna məxsusdur. Yarımmüdafiəçi Mahaçqala klubunda icarə əsasında çıxış edir.

 


Digər xəbərlər

Xəbər xətti