"Monako"nun vitse-prezidenti Vadim Vasilyev Kilian Mbappenin transferi ilə bağlı heç bir klubla anlaşmadıqlarını bildirib.
Sportarena.az xəbər verir ki, klub rəsmisi gənc futbolçu ilə bağlı Madrid "Real"ı və "Mançester Siti" ilə razılıq əldə etdikləri ilə bağlı xəbərləri inkar edib. O, 19 yaşlı hücumçu ilə yeni müqavilə imzalamaq üçün danışıqlar apardıqlarını qeyd edib:
"Sizi əmin edirəm ki, heç bir klubla razılaşmamışıq. Mbappeyə görə çox önəmli təkliflər aldıq. Kilian dünyadakı ən böyük istedaddı. Onunla yeni müqavilə imzalamaq üçün danışıqlar aparırıq".