FİFA Türkiyəni cərimələdi

10:32 28 İyul 2017

FİFA DÇ-2018-in seçmə mərhələsinin İ qrupu çərçivəsində Ukrayna, Kosovo və Finlandiya ilə matçlarda azarkeşlərinin uyğunsuz davranışları səbəbindən Türkiyəni cəzalandırıb.

 

Sportarena.az xəbər verir ki, dünya futbol qurumu bu üç oyunda türkiyəli fanatların çıxardığı olaylar səbəbindən Türkiyə Futbol Federasiyasına 13 min İsveçrə frankı cərimə kəsib.

 

Tribunalardan meydana yad əşyaların atıldığı, tərəfdarların meydana girdiyi Ukrayna ilə ev oyununa görə türklərə 3 min, uyğunsuz pankartın açıldığı Kosovo ilə qarşılaşmaya görə 5 min, azarkeşlərin meydana girdiyi, tribunalardan yad əşyaların atıldığı və hər iki hissəsi gec başlanan Finlandiya ilə matça görə isə 5 min İsveçrə frankı cərimə nəzərdə tutulub.


Digər xəbərlər

Xəbər xətti