Yeni mövsümə İspaniyada hazırlaşan Türkiyənin “Beşiktaş” klubu ciddi itki ilə üzləşib.
Sportarena.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yarımmüdafiəçi Atınç Nukan ciddi zədə alıb. Səhər məşqi zamanı 24 yaşlı futbolçunun dizindəki çarpaz bağlar qopub.
Yaxın günlərdə əməliyyat olunacaq Nukanın 6 ay meydana çıxa bilməyəcəyi gözlənilir.