Yeni mövsümə Türkiyədə hazırlaşan "Sumqayıt" hazırlığın 2-ci mərhələsi üçün yollandığı Boluda son yoxlama matçına çıxır.
Sportarena.az xəbər verir ki, sözügedən komanda bu gün Səudiyyə Ərəbistanı təmsilçisi "Al-Taawoun"la üz-üzə gələcək. Qarşılaşma Topuk Yaylası İdman Kompleksinin stadionunda yerli vaxtla saat 17:00-da start götürəcək.
Qeyd edək ki, 1956-cı ildə qurulmuş "Al-Taawoun" Burayda şəhərini təmsil edir. Komanda 2016/17 mövsümündə Səudiyyə Ərəbistanı Professional Liqasında 7-ci yeri tutub.