“Qəbələ”nin hücumçusu Baqali Dabo Avropa Liqasının 3-cü təsnifat mərhələsində "Panatinaikos"a (Yunanıstan) qarşı keçirdikləri ilk oyundan (0:1) sonra fikirlərini bölüşüb.
Sportarena.az xəbər verir ki, o, bunları söyləyib:
“Panatinaikos” yaxşı komandadı. Bizim üçün çətin oyun oldu. Rəqib ikinci, hətta üçüncü qolu da vura bilərdi. Bu, baş verməyibsə, qapıçımıza təşəkkür etməliyik. 0:1 bizim üçün yaxşı nəticədi. Bu gün qola vura bilməsək də, inanıram ki, cavab oyununda vəziyyəti dəyişə biləcəyik. Növbəti mərhələyə çıxmaq üçün əlimizdən gələni edəcəyik”.