ÇL-in finalında oynamış futbolçu 7-ci liqada

23:29 28 İyul 2017

2007-ci ildə keçirilən UEFA Çempionlar Liqasının finalında "Milan"a qarşı oynamış Cermeyn Pennant özünə yeni klub tapıb.

 

Sportarena.az xəbər verir ki, o, İngiltərənin 7-ci liqa təmsilçisi "Billeriki Taun" klubu ilə müqavilə bağlayıb. Geridə qalan mövsümü "Beri"də keçirmiş 34 yaşlı yarımmüdafiəçi yeni klubu ilə 2 illik müqavilə imzalayıb.

 

7 mövsüm "Arsenal"da, 3 mövsüm "Liverpul"da oynamış Pennant karyerası ərzində "Notts Kaunti", "Uotford", "Lids", "Birmingem", "Portsmut", "Saraqosa", "Stok Siti", "Vulverhempton", "Puna Siti", "Uiqan", "Tampins Rovers" kimi klublarda da forma geyinib.


Digər xəbərlər

Xəbər xətti