UEFA PSJ-yə maliyyə feyr-pleyinə riayət etməyi tövsiyə edir.
Sportarena.az xəbər verir ki, UEFA bununla bağlı Paris klubuna xəbərdarlıq edib. Qurumun lisenziyalaşdırma departamentinin rəhbəri Andrea Traverso PSJ-nin nə istəsə edə bilməyəcəyini vurğulayıb:
“PSJ artıq UEFA-nın sanksiyası altında deyil. Ancaq onlar nə istəyirlərsə edə bilməzlər. PSJ maliyyə feyr-pleyinə hörmətlə yanaşmalıdı. Onlar sübut etməlidirlər ki, illik zərərləri 30 milyon avrodan çox olmur. Neymarın transferi haqda hələ danışmaq tezdi. Çünki PSJ-nin planını bilmirik. Ola bilsin ki, onlar 3-4 futbolçunu yüksək qiymətə satmaq istəyirlər. Hesab edirəm ki, rəqəmlər üzərində yaxşı hesablama aparıblar.