“Dalğa Arena”da qadınlardan ibarət Azərbaycan və Qazaxıstan milli komandaları arasında yoxlama oyunu keçirilib.
Sportarena.az xəbər verir ki, qarşılaşma 4:2 hesabı ilə millimizin xeyrinə başa çatıb. Merve Özdemirin dubl etdiyi oyunda hərəyə bir dəfə Aysun Əliyeva (penalti) və Vüsalə Seyfətdinova fərqlənib. Qazaxıstan millisinin qollarını Begaim Kırqızbayeva (penalti) və Bibigül Nuruşova vurub.
Bu komandalar arasında iyulun 26-da keçirilmiş ilk oyun da millimizin minimalhesablı qələbəsi ilə yekunlaşmışdı - 1:0.