PSJ Superkubokun qalibi oldu - VİDEO

12:51 30 İyul 2017

Futbol üzrə Fransa Superkubokunun qalibi müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, həlledici oyunda son Fransa çempionu "Monako" ölkə kubokunun qalibi PSJ ilə qarşılaşıb. Üç qolun vurulduğu qarşılaşmanın qalibi PSJ olub - 2:1. 30-cu dəqiqədə Cibril Sidibe "Monako"nu hesabda önə keçirsə də, Daniel Alveş (51) və Adrian Rabyonun (63) vurduğu qollar parislilərə daha bir titul qazandırıb.

 

Xatırladaq ki, PSJ ötən il də Fransa Superkubokunun qalibi adını qazanmışdı. Bütövlükdə, bu komanda tarixi ərzində 7-ci (ardıcıl 5-ci) dəfə sözügedən turnirin qalibi olur. Bu baxımdan rekord Lion "Olimpik"inə məxsusdu - 8 dəfə.

 


Digər xəbərlər

Xəbər xətti