"Şerif"in baş məşqçisi: "Diqqətli olmaq lazımdı"

17:31 30 İyul 2017

“Şerif”in baş məşqçisi Roberto Bordin Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”la keçiriləcək cavab matçından əvvəl açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, Tiraspol klubu Moldova çempionatının 4-cü turunda “Petrokub”a 2:1 hesabı ilə qalib gələrək, liderliyə yüksəlib. Bordin oyundan sonra klubun saytına verdiyi açıqlamasında “Qarabağ”la cavab görüşü barədə də fikirlərini bildirib:

 

"Bu gün Bakıda meydana çıxan bəzi oyunçularımız da oynayırdı. Digər futbolçulara isə istirahət vermişdim. Çünki qarşıda bizi “Qarabağ”la vacib oyun gözləyir. Bizim topa çox yaxşı nəzarət edən, sürətli hücumlar quran güclü rəqibimiz var. Diqqətli olmaq lazımdı. Bakıdakından pis çıxış etməməliyik. Cavab oyununda nəticəyə nail olmalıyıq. Çünki müəyyən üstünlüyümüz var”.


Qeyd edək ki, "Şerif" - "Qarabağ" oyunu avqustun 1-də keçiriləcək. Bu komandaların Bakıdakı ilk qarşılaşması 0:0 hesabı ilə başa çatıb.


Digər xəbərlər

Xəbər xətti