Futbol üzrə Almaniya 2-ci Bundesliqasında yeni mövsümə start verilib.
Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu "Ersgebirge" də ilk matçına çıxıb. Sözügedən klub bu gün səfərdə "Haydenhaym"la qarşılaşıb. Nazarov da bu qarşılaşmaya start heyətdə başlayıb.
Lakin bu oyun əlverişsiz hava şəraiti səbəbindən 11-ci dəqiqədə dayandırılıb. Güclü yağış qarşılaşmanın təxirə salınmasına səbəb olub.