UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində səfərdə "Şerif"lə cavab matçına çıxacaq Azərbaycan çempionu "Qarabağ" bu gün Moldovaya yollanıb.
Sportarena.az xəbər verir ki, çarter reysi ilə səfərə yollanan Ağdam təmsilçisi artıq Tiraspoldadı. Qurban Qurbanovun çalışdırdığı komandamız sabah Tiraspolda oyunun keçiriləcəyi arenada son məşqə çıxacaq. Ağdamlıların çalışdırıcısının matçdan öncə jurnalistlər üçün mətbuat konfransı da baş tutacaq.
"Qarabağ"la "Şerif" arasında Bakıda keçirilmiş ilk oyunda hesab açılmamışdı - 0:0. Cavab qarşılaşması isə avqustun 1-də keçiriləcək və saat 21:00-da start götürəcək.