PSJ-nin “Barselona”nın futbolçusu Neymarı teransfer etmək istəyi gerçəkləşir.
Sportarena.az xəbər verir ki, Neymar avqustun 1-də Qətərə gedəcək. O, bu ölkədə PSJ-yə transfer olunmaq üçün tibbi baxışdan keçəcək. Neymarın Qətərdə PSJ-nin prezidenti Nasser Əl-Xələfi ilə də görüşəcəyi bildirilir.
Neymar PSJ ilə müqavilə bağlasa, “Qatar Sports Investments” kompaniyası ilə də anlaşmaya imza atacaq və DÇ-2022-in səfiri olacaq. O, 5 il ərzində 300 milyon qazanacaq.
“Qatar Sports Investments” kompaniyasının sahibi PSJ-nin prezidenti Nasser Əl-Xələfidi.
UEFA Neymarı almaq üçün PSJ-in qarşısında şərt qoyub. Bu transferi gerçəkləşdirmək üçün Paris klubu bir neçə futbolçusunu 110 milyon avroya satmalıdı.