Türkiyənin “Beşiktaş” klubu heyətinə yeni oyunçu cəlb edir.
Sportarena.az xəbər verir ki, İstanbul təmsilçisi hollandiyalı futbolçu Cermen Lenslə razılığa gəlib. “Sanderlend”in hücumçusunun bu həftdə İstanbula gedərək 3 illik müqavilə imzalayacağı bildirilir.
Qeyd edək ki, 29 yaşlı oyunçu ötən mövsüm icarə əsasında “Fənərbaxça”da oynayıb.