AFFA rəsmisi UEFA-nın İşçi Qrupunun tərkibində

15:57 31 İyul 2017

Avropanın klub futbolunda idman və iqtisadi mühitin inkişafı məqsədilə UEFA-nın Klubların Lisenziyalaşdırılması Komitəsi (UEFA Club Licensing Committee) gələcək mövsümlər üçün nəzərdə tutulmuş UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Fair Play Qaydalarının təkmilləşdirilməsi ilə bağlı qərar qəbul edib.

 

Sportarena.az xəbər verir ki, bu məqsədlə komitə UEFA-nın nəzdində Klubların Lisenziyalaşdırılması üzrə İşçi Qrupu (Club Licensing Working Group) yaradıb.

 

8 nəfərdən ibarət olan İşçi Qrupunun tərkibinə Almaniya, İngiltərə, İtaliya, Belçika, İslandiya, Kipr və Sloveniya Futbol Federasiyalarının nümayəndələri ilə bərabər AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov da daxil edilib.

 

İşçi Qrupunun ilk iclası bu ilin oktyabrında Monteneqroda keçiriləcək. 


Digər xəbərlər

Xəbər xətti