"Qalatasaray" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportarena.az xəbər verir ki, İstanbul nəhəngi "Osmanlıspor"un yarımmüdafiəçisi Badu Ndiayeni transfer edib. "Sarı-qırmızılar" seneqallı futbolçunun keçidi üçün Ankara təmsilçisinə 7 milyon avro ödəyəcək.
26 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanacaq. Futbolçu "cim bom"da illik 2,2 milyon avro qazanacaq.