"Qarabağ" Moldovada son məşqinə çıxacaq

18:32 31 İyul 2017

“Qarabağ” UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində sabah “Şerif”in qonağı olacaq. Ağdam təmsilçisi bu gün cavab matçı öncəsi son məşqinə çıxacaq.
 
Sportal.az xəbər verir ki, əvvəlcə Bakı vaxtı ilə saat 20:30-da baş məşqçi Qurban Qurbanov media nümayəndələrinin suallarını cavablandıracaq. Saat 21:00-da isə komanda qarşılaşmanın keçiriləcəyi “Şerif Arena”da son məşqinə çıxacaq. Məşqin ilk 15 dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.
 
Qeyd edək ki, “Şerif” – “Qarabağ” matçı sabah saat 21:00-da start götürəcək.


Digər xəbərlər

Xəbər xətti