"Qarabağ" tarix yazdı! - YENİLƏNİB

22:59 1 Avqust 2017

Bu gün Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

 

Sportarena.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirindəki təmsilçimiz “Qarabağ” səfərdə “Şerif”lə üz-üzə gəlib. Tiraspol təmsilçisiylə Bakıda baş tutan ilk oyunda qolsuz bərabərə qalan Qurban Qurbanovun yetirmələri səfərdə ən azı məhsuldar heç-heçə edə biləcəyi təqdirdə, pley-offa vəsiqə qazanacaqdı. Təmsilçimiz səfərdə qalib gəlməklə işinin öhdəsindən gəlib. Çempionumuz tarixi ərzində ilk dəfə Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib.

 

Təmsilçimiz pley-offda qalib gəlsə, futbolumuz adına şanlı səhifə yazacaq. Məğlub olsa belə, mübarizəni  Avropa Liqasında davam etdirəcək.

 

Çempionlar Liqası: 3-cü təsnifat mərhələsi, cavab oyunu

1 avqust

21:00 Şerif (Moldova) - Qarabağ (Azərbaycan) 1:2 (İlk oyun 0:0)

Qol: Ziquy Badibanqa, 90+4-p - Dino Ndlovu, 45+3. Miçel, 87.
Hakimlər: Roy Reynşreyber, Amihay Yehoşua Mozes, Dan Uçeniç, Daniel Bar Natan (hamısı İsrail).
Tiraspol. “Şerif” stadionu

 

Şerif: 1. Zvonimir Mikuliç, 4. Petru Raku, 6. Viktor Oliveyra, 8. Ceremi De Noyer, 15. Kristiano da Silva, 20. Kirill Bayala, 30. Yosip Brezoveç, 39. Ziquy Badibanqa, 55. Mateo Suşiç, 90. Vyaçeslav Posmak, 99. Vitalie Damaşkan

Ehtiyat oyunçular: 25. Sergey Yuriç, 3. İon Yardan, 9. Stefan Muqoşa, 14. Benjamin Balima, 18. George Anton, 32. Yevgeni Oansea, 37. Vitalie Bordian

Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 9. Dino Ndlovu, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 17. Donald Gerrye, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov

Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 44. Ağabala Ramazanov, 52. Yakup Jezniçak, 91. Coşqun Diniyev

 

 

Birinci qol:

 

 

İkinci qol:


Digər xəbərlər

Xəbər xətti