Matiç "Mançester Yunated"də - RƏSMİ

14:57 1 Avqust 2017

İngiltərənin "Mançester Yunayted" klubu növbəti transferini rəsmiləşdirib.

 

Sportarena.az xəbər verir ki, "qırmızı şeytanlar" serbiyalı yarımmüdafiəçi Nemanya Matiçi heyətinə qatıb. Bu barədə Mançester klubunun rəsmi saytı məlumat yayıb. Onunla 3+1 illik müqavilə imzalanıb.

 

Transferin digər detalları barədə rəsmi açıqlama verilməyib. Amma yerli mətbuatın iddiasına görə, mankunianlar Matiç üçün onun son klubu "Çelsi"yə 40 milyon avro ödəyib.

 

Qeyd edək ki, Matiç 2014-cü ildən İngiltərənin digər nəhəngi "Çelsi"də çıxış edirdi. O, daha öncə "Kolubara", "Koşitse", "Vitess" və "Benfika" klublarının da şərəfini qoruyub. 28 yaşlı futbolçu Serbiya yığmasında 30-dan çox oyun keçirib.


Digər xəbərlər

Xəbər xətti