21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin futbolçusu Ozan Can Kökcü şərəfini qoruduğu "Bursaspor"un yeni baş məşqçisi Pol Le Quenin "qara siyahısı"na düşüb.
Sportarena.az xəbər verir ki, bu barədə "Hürriyət" nəşri məlumat yayıb. Fransalı mütəxəssisin yeni mövsüm komandada görmək istəmədiyi 4 oyunçu arasında gənc yarımmüdafiəçi də var. Ozan Canla yanaşı, Boban Yoviç, Sinan Bakış və Mərt Örnək səhər məşqini əsas komandadan ayrı, köməkçi-məşqçinin nəzarəti altında keçiblər. Xəbərdə sözügedən futbolçularla yolların ayrıla biləcəyi vurğulanıb.
Qeyd edək ki, Ozan Can Kökcü bu yay "Bursaspor"la 3 illik müqavilə imzalayıb.