Bu gün Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Qarabağ” “Şerif”in qonağı olacaq.
Sportarena.az xəbər verir ki, komandaların ehtimal heyətləri açıqlanıb. Moldova mətbuatında komandaların bugünkü oyuna aşağıdakı heyətlə çıxacağı qeyd edilib:
Şerif: Zvonimir Mikuliç - Mateo Suşiç, Vyaçeslav Posmak, Viktor Oliveyra, Kristiano da Silva - Yosip Brezoveç, Petru Raku, Siril Bayala, George Anton - Ziquy Badibanqa, Stefan Muqoşa.
Qarabağ: İbrahim Şehiç - Maksim Medvedev, Elvin Yunuszadə, Bədavi Hüseynov, Ansi Aqolli - Qara Qarayev, Riçard Almeyda, Miçel - Donald Gerye, Əfran İsmayılov, Dino Ndlovu.
Qeyd edək ki, “Şerif” - “Qarabağ” matçı Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.